00:00:00
Yazar
Zəhra Həsənova
13.08.2026 21:48 18 1 dəq oxuma
Siyasət

"Ukrayna öz torpaqlarını geri alacaq" - ŞƏRH

"Ukrayna öz torpaqlarını geri alacaq" - ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərində 26 kəndin Ukrayna ordusunun nəzarətinə qaytarıldığını açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Ukrayna ordusu bu müharibə zamanı formalaşıb:

 

"Müharibə başlayanda, Ukrayna ordusunun hardasa 150-160 min nəfərlik şəxsi heyəti var idi. Elə də döyüş qabiliyyəti yox idi. Amma bu müharibənin gedişində Ukrayna olduqca güclənib. Bu gün az qala bir milyona yaxın şəxsi heyəti olan bir ordudan danışırıq. Üstəlik, ən yeni texnologiyaları əldə etmiş və etməkdə olan bir ordudan danışırıq. Hətta Uzaq Şərqi belə Ukrayna vura bilir".


Siyasi şərhçinin sözlərinə görə, istənilən halda, Ukrayna öz torpaqlarını geri alacaq:

 

"Rusiyanı idarə edənlərin ağlı yerində olsaydı, müharibəni dərhal dayandırardı. Həqiqətən də Rusiyanın vəziyyəti çətindir. Rusiyanı başa salacaqlar ki, sən uduzmusan, kapitulyasiya et və müharibədən çəkil, Ukraynaya da təzminat ödə. Rusiyanın ağılla dəyərləndirilə biləcək bir hərbi strategiyasından danışa bilmirik. Rüşvətxorluq, korrupsiya, ordu sıralarında qanunsuzluqlar baş alıb gedir. Orduya cəlb edilənlər yollardan, küçələrdən tutulub zorla aparılanlardır. Artıq payızdan daha 500 min canlı qüvvəni orduya cəlb etmək istəyirlər. Bunu da zorakı yollarla edəcəklər. Belə bir şəraitdə Rusiyanın hansı strategiyasından danışmaq olar?  Rusiya çöküb, sadəcə ortalıqda qalan böyük bir leşə bənzəyir. O leşi də Ukrayna ortalıqdan təmizləyib bir kənara atacaq".

 

Selcan Xudiyeva

#yeni #xəbər #şərh #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər