00:00:00
Yazar
Admin User
10.02.2026 12:30 71 1 dəq oxuma
Siyasət

“Ukrayna-Rusiya danışıqlarında irəliləyiş hiss olunur“

“Ukrayna-Rusiya danışıqlarında irəliləyiş hiss olunur“

“Moskva Ankoricdə aparılan danışıqlarda Vaşinqtonun Ukrayna ilə bağlı təklifini qəbul edib. Kişicəsinə yanaşsaq, problem həll olunmalıdır”, - deyə Rusiyanın Xarici İşlər naziri bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda ABŞ-nin təşəbbüsü ilə Ukrayna və Rusiya arasındakı münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur:

 

“Təbii ki, burada qarşılıqlı etimad əsas şərtdir. Problemin həlli istiqamətində atılan addımlar əsasən Ukrayna-ABŞ və Rusiya arasında gedir. Avropa və NATO-nun prosesə və danışıqlara təsiri tədricidir. Rusiya müəyyən manipulyasiyalara yol verir və qabaqlayıcı bəyanatlar səsləndirir. Bu, ABŞ-nin proseslərdə açıq şəkildə dilə gətirmədiyi maraqlarının üzə çıxması üçündür. Lakin Rusiyanın da mövcud gedişatda artıq sülhə yaxınlaşma səyləri hiss olunur. Çünki ABŞ və Avropa qarşısında Çinlə müttəfiqlik yalnız gec nümayiş meydanında işə yaraya bilər. Real toqquşmalara gəldikdə isə mənzərə tam fərqli ola bilər. Rusiya üçün bu razılaşma vaxtında dayanmaq baxımından əlverişli görünür, çünki razılaşma əldə olunmasa, daha ağır nəticələrlə qarşılaşması mümkündür. Siyasi və təhlükəsizlik baxımından da şərtlərə uyğun formada müəyyən təminatlar ala bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər