00:00:00
Yazar
Zəhra Həsənova
06.04.2026 19:43 85 2 dəq oxuma
Siyasət

Ukrayna-Türkiyə xəttində yeni mərhələ: təhlükəsizlik əməkdaşlığı genişlənir

Ukrayna-Türkiyə xəttində yeni mərhələ: təhlükəsizlik əməkdaşlığı genişlənir

Ukrayna Prezidenti Vladimr Zelenski bildirib ki, Ukrayna ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni addımlar barədə razılıq əldə olunub. Tərəflər müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və regional sabitliyin qorunması kimi məsələlərdə koordinasiyanı artırmağı planlaşdırır. 
 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna-Türkiyə xəttindəki bu yeni mərhələ yalnız ikitərəfli razılaşma deyil, ‘Barış Masası’ və ‘Qiyamət Ssenarisi’ arasındakı tarazlığın ən konkret ifadələrindən biridir:

 

“Təhlükəsizlik əməkdaşlığının genişlənməsi, Qara dənizdə ‘Türkiyə Mərkəzli Sabitlik Kəməri’ yaradılmasını təmin edir. Müdafiə sənayesi inteqrasiyası çərçivəsində Türkiyənin İHA/SİHA və dəniz layihələri ilə Ukraynanın mühərrik və aviasiya texnologiyalarının birləşməsi bölgədə Rusiya hərbi hegemoniyasına qarşı texnoloji tarazlıq yaradır. Hərbi caydırıcılıq bu əməkdaşlıq vasitəsilə Ukraynanı yalnız yardım alan ölkədən çıxararaq, Türkiyə ilə birlikdə Qara dəniz təhlükəsizliyini təmin edən bir aktora çevirir. Bu, tarazlığı tək tərəfli Rusiya nəzarətindən çoxqütblü bir sistemə daşıyır”.

 

Hasan Oktay qeyd edib ki, Türkiyə balanslaşdırıcı siyasətini davam etdirəcək, lakin bu vəziyyət Rusiya ilə münasibətləri daha “şəffaf rəqabət” müstəvisinə gətirir:

 

“Rusiya, Ukrayna ilə artan hərbi əməkdaşlıqdan narazı olacaq. Lakin Türkiyənin İran və Qafqaz məsələlərində Rusiyaya qarşı açıq dialoqu Moskvanın Türkiyəni tam qarşısına almağını əngəlləyir. Türkiyə Ukraynaya dəstək verərək, əslində Rusiyanı ‘nihai sülh masasına’ daha rasional şərtlərlə oturmağa məcbur edir. Kafkassam’ın dediyi ‘Qiyamət Ssenarisi’ni önləyən əsas faktor, Türkiyənin balanslı və effektiv güc proyeksiyasıdır. Bu proses Türkiyəni “Vazkeçilməz Vasitəçi” və “Təhlükəsizlik Təminatçısı” mövqeyinə yüksəldir. Strateji avtonomiya baxımından Türkiyə, NATO silahlarını Ukraynaya çatdıran bir körpü deyil, öz müdafiə doktrini ilə Ukraynanı möhkəmləndirən müstəqil bir güc kimi tanınır. Qafqaz və Orta Şərqdə Türkiyənin artan nüfuzu, həm Qafqazda - Gürcüstan və Azərbaycan xətti, həm də Orta Şərqdə - İranın bərpası prosesi daha sərbəst hərəkət etməsinə imkan verir. Əgər Türkiyə Ukrayna xəttində bu təhlükəsizliyi təmin edə bilsə, bu, İran üzərindəki təzyiqi də idarə etməsini asanlaşdıracaq. Bir tərəfdə Ukrayna ilə Rusiya arasında balans yaratmaq, digər tərəfdə isə Tramp və Tehran arasında körpü rolunu oynayan Ankara 2026-cı ilin ən önəmli ‘oyun qurucusu’ olacaq. Türkiyə Qafqazda barışı təmin etmək üçün Azərbaycan-Türkiyə-Ermənistan barışında son dərəcə israrlıdır. Ukrayna və İran kontekstində isə bu, təcili bir ehtiyacdır”.


Fatimə Hüseynli

#təhlükəsizlik #genişlənir #mərhələ: #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər