00:00:00
Yazar
Asiman Vəliyeva
17.02.2026 21:51 11 2 dəq oxuma
Siyasət Özəl

Ukrayna və ABŞ "Patriot" üçün raketlərin alınmasını müzakirə edib

Ukrayna və ABŞ "Patriot" üçün raketlərin alınmasını müzakirə edib

Ukrayna və ABŞ "Patriot" zenit raket kompleksi üçün raketlərin alınması məqsədilə dondurulan Rusiya aktivlərindən istifadə imkanını müzakirə edib. Onun sözlərinə görə, Kiyev Moskvaya təsir etmək üçün təzyiqdən başqa digər yollar görmür. O qeyd edib ki, Senatda sanksiyalar haqqında mühüm qanun layihəsinə baxılır və Ukrayna onun səmərəliliyinə ümid edir. 


 Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Amerikanı hazırda daha ciddi problemlər düşündürür:


"İsveçrədə  Cenevrə şəhərində Amerikanın vasitəçiliyi ilə Rusiya və Ukrayna danışıqları bu gün etibarilə başlayıb. Yəni danışıqların getdiyi bir dönəmdə qeyd olunan məsələnin aktuallaşması inandırıcı deyil. ABŞ maksimum dərəcədə tərəfləri uzlaşdırmağa və ortaq məxrəcə gətirməyə çalışır. Belə bir dönəmdə dondurulmuş aktivlərin Rusiyaya təsir vasitəsi kimi istifadə edilməsi və yaxud da “Patriot”ların alışının bu pullar üzərindən aparılması məsələsi mənə görə hələlik inandırıcı deyil. Ukrayna belə bir təklif irəli sürə bilər, çünki pul Ukraynanın deyil və Ukrayna hətta bunun təzminat kimi özünə verilməsini də istəyir. Bütün bunlar anlaşılan məsələdir. Amma ABŞ bu məsələdə deyilən tərzdə bir addım atmayacaq. Bu məsələ risklidir və danışıqlar prosesini bitirə bilər. Belə olduğu təqdirdə də Amerikanın Rusiya ilə gərginliyi davam etdirməkdən başqa variantı qalmaz ki, mən bunun olmasını istədiyini düşünmürəm. Amerikanı hazırda daha ciddi problemlər düşündürür. İran ətrafında baş verənlər, Çinlə rəqabət, Qrenlandiya ətrafında gedən proseslər və s. Yəni Rusiya–Ukrayna müharibəsi artıq ABŞ-nin gündəliyində daha aşağı sıralarda yer alır. Bununla belə, bütün diqqətini də itirməyib və bu prosesi bitirə biləcəyini düşünür".


Xədicə Məhərrəmli

#abş #müzakirə #alınmasını #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər