00:00:00
Yazar
Səadət Əlizadə
14.04.2026 18:47 24 1 dəq oxuma
Siyasət

Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb

Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb

Ukrayna və Almaniya 4 milyard avroluq irimiqyaslı əməkdaşlıq paketini razılaşdırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov özünün teleqram kanalında bildirib.

 

Onun sözlərinə görə, o, almaniyalı həmkarı Boris Pistoriusla danışıqlar aparıb.

 

"Hava hücumundan müdafiənin gücləndirilməsi, dronların birgə istehsalı üçün ümumi məbləği 4 milyard avro olan müdafiə razılaşmaları paketi barədə anlaşdıq", - o deyib.

 

Razılaşmalar çərçivəsində Almaniya "Patriot" sistemləri üçün bir neçə yüz raketin tədarükünə dair müqaviləni maliyyələşdirəcək. Həmçinin, Almaniya tərəfi Ukraynaya 36 ədəd "IRIS-T" buraxılış qurğusu təqdim edəcək.

#paketini #gündəm #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər