00:00:00
Yazar
Səadət Əlizadə
17.07.2026 19:12 23 2 dəq oxuma
Siyasət

Ukraynada yeni Baş nazir o olub

Ukraynada yeni Baş nazir o olub

Sergey Koretski Ukraynanın yeni Baş naziri olub. Ali Rada (parlament) onun namizədliyini dəstəkləyib.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ukraynada il ərzində ikinci dəfə baş nazir dəyişikliyi baş verib:

 


“Bunun əsas səbəbləri həm ölkənin daxili siyasi vəziyyəti, həm də hökumət rəhbərinin qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı Prezidentin qiymətləndirməsi ilə əlaqədardır. Qeyd edək ki, əvvəlki baş nazir komandadan uzaqlaşdırılmayıb, o, daha sonra müdafiə naziri və digər yüksək dövlət vəzifələrində fəaliyyətini davam etdirib.

Yeni baş nazirin qarşısında isə kifayət qədər mühüm və məsuliyyətli vəzifələr dayanır. İlk növbədə, Qərb ölkələri ilə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsi vacib istiqamətlərdəndir. Bununla yanaşı, Ukrayna iqtisadiyyatının bərpası, son illərdə əldə olunan nəticələrin qorunaraq inkişaf etdirilməsi və xüsusilə hərbi potensialın gücləndirilməsi əsas prioritetlər sırasındadır.

Digər mühüm istiqamət enerji sektorunun bərpasıdır. Müharibənin yaratdığı dağıntılar fonunda enerji infrastrukturunun yenidən qurulması hökumətin qarşısında duran əsas çağırışlardan biridir.

Eyni zamanda, şəffaflığın təmin edilməsi Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır. Qərb tərəfdaşlarının Kiyevdən əsas gözləntilərindən biri məhz dövlət idarəçiliyində şəffaflığın artırılması və islahatların ardıcıl şəkildə davam etdirilməsidir.

Hesab edirəm ki, yeni baş nazirin qarşısında duran əsas vəzifələr bunlardır: Qərblə əməkdaşlığın gücləndirilməsi, şəffaf idarəçiliyin təmin olunması, iqtisadiyyatın bərpası, enerji sektorunun yenidən qurulması və ölkənin hərbi potensialının daha da gücləndirilməsi lazımdır”.

 

Səadət Əlizadə

#ukraynada #xəbər #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər