00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
09.10.2026 22:24 32 1 dəq oxuma
Siyasət

"Ukraynanın Bülarusun yük maşınına hücumu təxribatdır, yoxsa təsadüf?”- POLİTOLOQDAN AÇIQLAMA

"Ukraynanın Bülarusun yük maşınına hücumu təxribatdır, yoxsa təsadüf?”- POLİTOLOQDAN AÇIQLAMA

 


Ukrayna dronunun Belarus yük maşınına hücumu regionda siyasi gərginliyi artıra bilər. Rəsmi Minsk hadisəni ölkəni Rusiya-Ukrayna müharibəsinə cəlb etmək cəhdi kimi qiymətləndirir. Hadisənin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi və Belarusun hansı addımları atacağı isə müzakirə mövzusudur.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Belarus bu münaqişədə açıq şəkildə Rusiyanın tərəfini tutur, Rusiyaya logistik dəstək verir, bir çox məsələlərdə aktiv şəkildə Rusiyanı müdafiə edir: 


“Zənnimcə, Belarus münaqişəyə birbaşa cəlb edilə bilməz. Bir müddətdir ki, Aleksandr Lukaşenko qərb ölkələri ilə aktiv şəkildə əməkdaşlıq edir, danışıqlar müstəvisində Belarusda siyasi məhbuslar da azadlığa buraxılıb. Belə bir halda rəsmi Minskin birbaşa müharibəyə cəlb olunmaq ehtimalı azdır. Belarus, əlbəttə ki, Ukraynaya müəyyən cavablar verməyə çalışacaq. Bu cavablar diplomatik müstəvidə də ola bilər. Ukraynanın yük maşınına hücumu təxribat da ola bilər, təsadüfən baş verən hadisə də. Bunun bir çox səbəbləri ola bilər. Yəqin ki, Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verəcək. Bundan sonra biz hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdıra bilərik. Ümumilikdə, Belarusun hələlik münaqişəyə cəlb olunmaq ehtimalı azdır. Minsk də yaxşı başa düşür ki, münaqişəyə qoşulmaq Belarusun gələcəyi üçün müsbət nəticələr vəd etmir”.

Aynur Əhmədli

#təxribatdır # #bülarusun #hücumu #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər