00:00:00
Yazar
Admin User
15.04.2015 06:55 491 1 dəq oxuma
Siyasət

Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq

Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprel ayının sonunda Azərbaycana gələcək.
Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq

Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprel ayının sonunda Azərbaycana gələcək.

Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub. Tədbirdə  nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, 1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

Xatırladaq ki, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş Baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq Dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin  Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər