00:00:00
Yazar
Elmira Ağayeva
16.07.2026 21:47 36 1 dəq oxuma
Siyasət

Ukraynanın yeni planları Rusiya üçün ciddi risk yaradır”-ŞƏRH

“Ukraynanın yeni planları Rusiya üçün ciddi risk yaradır”-ŞƏRH

Diplomatik addımlar da atacağıq, Rusiyanı dialoqa məcbur etmək, onun atəşi dayandırması üçün hər şeyi edəcəyik”.


Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir vəzifəsinə namizəddən danışarkən deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Volodimir Zelenskinin son açıqlamaları hərbi əməliyyatların daha da güclənməsi ehtimalını artırır:


“Çox böyük ehtimalla, Ukraniya Rusiyaya qarşı əməliyyatlarına davam edəcək və strateji məntəqələrin hədəf seçilməsi burada əsas amil olacaq. Eyni zamanda, Ukraniya çalışır ki, Rusiyaya qarşı diplomatik müstəvidə də addımlar atsın və Qərbdəki müttəfiqlərinin köməyilə beynəlxalq ictimaiyyətin əsas diqqətini Rusiyaya yönəldib müəyyən davranışlar həyata keçirməyə çalışacaq. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldırmağa da çalışacaq.Ümumilikdə, tərəflər çox ciddi şəkildə müharibəyə, yeni hücumlara hazırlaşırlar. Xüsusilə Ukraniyanın, son zamanlarda strateji məntəqələrə qarşı həyata keçirdiyi addımlar Rusiyanı çətin vəziyyətə salıb. Bu gün Rusiyada yanacaqla bağlı ciddi böhranın olduğunu, yanacaqdoldurma məntəqələrində növbələrin olduğunu müşahidə edirik. Elə bu faktlar onu göstərir ki, Ukraniya Rusiyaya qarşı kifayət qədər addımlar atıb.
Yəqin ki, Ukraniya ordu komandanlığının yeni planları var. Xüsusilə də nəzərə alaq ki, hökumətdə də, ordu rəhbərliyində də ciddi dəyişikliklər edildi. Bundan sonra yenidən Ukraniyanın hərəkətə keçməsi ehtimalları çox güclüdür”.

 

Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər