00:00:00
Yazar
Elmira Ağayeva
11.05.2026 19:09 31 2 dəq oxuma
Siyasət

 

Ukraynaya dəstək zəifləsə, müharibənin qiyməti Avropa üçün ağır olacaq” – ŞƏRH

 “Ukraynaya dəstək zəifləsə, müharibənin qiyməti Avropa üçün ağır olacaq” – ŞƏRH

Ukrayna tammiqyaslı zərbələrə məruz qalacağı təqdirdə Rusiya sarsıdıcı cavab alacaq”.

 

 

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında paylaşım edib.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin sərt bəyanatı Qərb ölkələrinə və NATO-ya iki əsas mesaj verir:

 

 

“Birincisi, Kiyev göstərmək istəyir ki, Ukrayna artıq yalnız müdafiə olunan tərəf deyil, eyni zamanda Rusiyanın genişmiqyaslı hücumlarına cavab vermək üçün uzaqmənzilli imkanlarını siyasi çəkindirmə vasitəsi kimi ortaya qoyur. Zelenski son günlər Ukraynanın Rusiya daxilindəki hərbi və logistika hədəflərinə qarşı orta və uzaq məsafəli zərbələri artırdığını vurğulayıb. O, həmçinin bildirib ki, 9 və 10 may tarixlərində Rusiyanın genişmiqyaslı hücumları qeydə alınmadığı üçün Ukrayna da uzaqmənzilli zərbələrdən istifadə etməyib. Bu isə Qərbə “biz nəzarətsiz eskalasiya istəmirik, lakin cavab vermək gücünə malikik” mesajıdır.

 

 

İkincisi, bu açıqlama NATO və Avropa paytaxtlarına ünvanlanan dolayı çağırışdır. Əgər Ukrayna hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli zərbə vasitələri və kəşfiyyat dəstəyi baxımından gücləndirilməsə, Rusiya təzyiqi artıracaq və müharibə daha təhlükəli mərhələyə keçəcək”.

 

 

Politoloqun sözlərinə görə, Rusiya və Ukrayna arasında mümkün genişmiqyaslı hücum riski təkcə iki ölkənin sərhədləri ilə məhdudlaşmır:

 

 

“Bu vəziyyət bütün regionun təhlükəsizlik balansını sarsıda bilər. Rusiya kütləvi raket və dron hücumlarını bərpa edərsə, Ukrayna da simmetrik və daha dərin zərbələrlə cavab verəcəyini bildirir. Bu isə Qara dəniz hövzəsində, Şərqi Avropada və NATO-nun şərq cinahında hərbi gərginliyi artıracaq.

Xüsusilə enerji infrastrukturu, limanlar, logistika xətləri və hava məkanının təhlükəsizliyi daha həssas vəziyyətə düşə bilər. Belə ssenaridə Polşa, Rumıniya, Baltikyanı ölkələr və Qara dəniz regionu daha çox risk altında qalacaq. Çünki müharibənin təsirləri sərhədləri aşaraq ticarətə, enerji və ərzaq təhlükəsizliyinə, həmçinin qaçqın axınına təsir göstərə bilər.

 

 

Ona görə də Zelenskinin açıqlaması sadəcə hərbi xəbərdarlıq deyil, həm də Qərbə ünvanlanan siyasi mesajdır. Ukraynaya dəstək zəifləsə, müharibənin nəticələri bütün Avropa üçün daha ağır olacaq”.

 

 

Nuray Əliyeva

#Ukrayna #Rusiya #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər