00:00:00
Yazar
Admin User
03.02.2026 13:14 42 1 dəq oxuma
Siyasət

Ukraynaya növbəti humanitar yardım göndərilib

Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

 

“Azərbaycan hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir bildirib.


Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər