"Universal Skrininq" layihəsinin açılışı olmuşdur.
Vəfa Məmmədova layihənin məqsəd, vəzifələri, layihə boyunca görüləcək işlər və s. barədə ətraflı məlumat vermişdir.
24.09.2022-ci il tarixində 155 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin VI Qrant müsabiqəsinin qalibi olmuş "Universal Skrininq" layihəsinin açılışı olmuşdur. İnformator.az xəbər verir ki, açılışda layihə çərçivəsində əməkdaşlığı nəzərdə tutulmuş Sabunçu rayonu 68, 67, 215, 170, 155 nömrəli məktəblərin rəhbərləri, direktor müavinləri və III sinif müəllimləri, o cümlədən layihənin eksperti Ramil Süleymanov iştirak etmişlər. Tədbirdə layihə rəhbəri 155 nömrəli tam orta məktəbin direktor müavini Vəfa Məmmədova layihənin məqsəd, vəzifələri, layihə boyunca görüləcək işlər və s. barədə ətraflı məlumat vermişdir
