Universallığın bədən tapmış halı
Dünya yarandığından bu yana neçə-neçə dahilər yetişdirib. O dahilər ki, yaşama amalı yaradıcılıqdan keçirdi. Yaşa və yarat, özündən sonra bütün bəşəriyyətə unudulmaz irs qoy. Elə bir səltənət yarat ki, xatırlanasan. Əsərlərin milyonlara ilham versin, sənətkarlığınla yeni-yeni nəsillər yetişdir. Lakin dahi dediklərimiz yaşam müddətləri boyunca heç də “Yağ-bal” içində yaşamadılar. Kimiləri dəli adlandırılıb cəmiyyət içərisində ayrıseçkiliyə məruz qaldı, kimiləri isə sırf fikri o dövrün zehniyyəti ilə uyuşmadığı üçün kafir damğası vurularaq qətl edildi.
"Bəli,cəmiyyət öz işıqlı yolunun ən böyük dağıdıcısıdır. Lakin insanlığın qırıcılığına rəğmən yenə görkəmli elm sahibləri, sənətkarlar yetişirdi. Həmdə aralıqsız. Bunlardan biri də Renessans dövrünün dahilərindən olan Leondardo Di Ser Piero Da Vinçi’dir. Sənətkar 15 aprel 1452-ci ildə İtalyanın Vinçi qəsəbəsində İstanbulda kölə olaraq satılmış Çərkəz qızı Katerinanın nigahdankənar övladı olaraq dünyaya gəlib. Leonardonun ailəsi 1460-cı ildə Florensiya şəhərinə köçüb. Həmin dövrdə evlilikdənkənar uşaqların universitetə getmə şansı olmadığından Leonardo bu şansdan yararlana bilməyib. Leonardonun lap uşaqlıqdan rəsm çəkməyə ciddi həvəsi vardı. Atası da bu istedadını görüb onu dönəmin görkəmli rəssamı Andrea del Verrocchionun yanına şagird olaraq qoyur. Gənc sənətkar burada 7il təhsil alır. Leonardo gənc yaşlarında rəssamlıqla yanaşı heykəltəraşlıq,metallurgiya,mexanika və taxta işləri,kimya və başqa sahələr üzrə təcrübələr qazandı. Şagirdlik dönəmində insan anatomiyasına olan marağı onu bu sahə üzrə də yetişdirdi. Çox keçmədən zamanının dahi rəssamı,memarı,astronomu,filosofu,riyaziyyatçısı,mühəndisi,heykəltaraşı və.b. insanlığa xidmət edən sahələrdə peşəkarlaşıb. Ən məşhur yaradıcılıq nümunələri “Son Şam Yeməyi”,”Mona Liza”,”Vitruvius İnsanı”dır.Da Vinçi 2 may 1519-cu ildə Ambozada 67 yaşında dünyasını dəyişib. San Florentin kilsəsində dəfn olunub. Dahinin ölümü ilə əlaqədar bir çox rəvayətlər var. Lakin ən yayğını Fransa kralı I Fransisin qollarında can verməsidir. Rəssamın bu ölümü ilə əlaqədar Fransız rəssam Jan Aqust Dominik 1818-ci ildə Kral I Fransisin Da Vinçinin ölü bədənini qollarında tutduğu rəvayətini rəsm edib".
Əli Məmmədli
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi
