Universitet rektoru istefa verdi
Bu vəzifəni müvəqqəti olaraq prorektor Məsim Məmmədov icra edecek
Baki Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu gün rektor vəzifəsindən istefa verdi. Buna səbəb N.Hüseynlinin Milli Məclisə V çağırış seçkilərdə iştirakı ilə bağlıdır.
Məsələ ilə bağlı açıqlama verən BAU-nun mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, N.Hüseynlini hazırda fizika-riyaziyyat elmləri namizədi, professor Məsim Məmmədov əvəz edir. Onun sözlərinə görə, M.Məmmədov bundan əvvəl universitetdə prorektor vəzifəsində çalışıb.
