00:00:00
Yazar
Admin User
18.11.2025 19:32 141 2 dəq oxuma
Sosial

Unudulan canlıların səssiz harayı

Unudulan canlıların səssiz harayı

Şəhərin işıqlı küçələrində, reklam lövhələrinin parıltısı altında bir küncdə səssizcə büzüşüb yatan bir pişik görərsən. İnsanların tələsik addımları arasında heç kimin gözünə dəyməyən, heç kimin evinə sığınmayan kiçik bir can… Onların nağılı nə isti yorğanla, nə də dolu qabla başlayır. Nağılları soyuq asfaltın üzərində yazılır.

 

Küçə pişikləri hər gün eyni mübarizəni yaşayır: yatacaq yer tapmaq, bir qab yemək qazanmaq, bir neçə damcı su içmək. Qışda titrəyən bədənləri üçün sığınacaq, çox zaman yayda susuzluqdan quruyan boğazları üçün bir kasa su belə tapılmır. İnsanların qurduğu böyük şəhərlərdə, sanki onların payına yalnız səssizlik və unudulmuşluq düşür.

 

Onlar yemək axtararkən zibil qutularının ətrafında dolaşır, bir parça çörək üçün saatlarla gözləyirlər. Günəşin altında yanır, yağışda islanır, soyuqda donurlar. Hər gün sağ qalmaq üçün mübarizə aparırlar. Amma yenə də hər dəfə insanlara ümidlə baxırlar-bəlkə bu dəfə biri içi mərhəmətli çıxar, əli dolu gələr. Bu şəhərin nemətindən yalnız insanlar pay alırsa, o zaman biz nəyisə səhv edirik. Çünki bu dünya yalnız bizim deyil səssizcə yanımızda yaşayan minlərlə canın da evidir. Onlara edilən hər kiçik xeyir, bəlkə də bir həyat xilas edir. Əlini bir dəfə uzatsan, bir qutu sığınacaq qoysan, bir qab su qoysan onların dünyası bir az işıqlanar. Çünki mərhəmət çox vaxt böyük şeylərdən yox, ən kiçik addımlardan başlanır. Mən də heyvanlara xüsusən pişiklərə çox bağlıyam. Onlara bir kiçik kömək olanda sanki özümü dünyanın xoşbəxti hesab edirəm.

 

"İnformator.az"a danışan Yüzbaşlı Günel də pişiklərə olan xüsusi sevgisindən bəhs edib:

 

"Mən də ailəmiz də heyvanlara qarşı çox diqqətliyik. Xüsusən pişiklərə olan sevgim sözlərlə ifadə olunmaz. Ancaq təəssüf ki bütün insanlar bu cür davranmır. Sevməyə bilər kimsə. Amma ən azı mərhəmətlə, vicdanla yanaşmaq hamının insanlıq borcudur".

 

"İnformator.az"a danışan pişiklərə sevgisi ilə seçilən Nərgiz Atazadə də bildirib ki, artıq soyuq aylar gəlir, heyvanlara qarşı daha da diqqətli olmağmız vacibdir:

 

"Xüsusən sürücülər çox diqqətli olmalıdılar. Pişiklər isti olsun deyə maşınların motoronu özlərinə sığınacaq bilirlər. Anidən hərəkətə gətiriləndə bu onların ölümünə səbəb ola bilir".

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər