UNUDULMA HAQQI-SİLİNMƏ HAQQI
Silinmə haqqı rəqəmsal mediada şəxslərin və ya qurumların keçmişdə hüquqa uyğun olaraq yayılmış bilgilərin (fotoqraf, video, bilgi, bəlkə kimi) üzərindən zaman keçməsinə bağlı olaraq qaldırılmasını istəmə haqqıdır.
Unudulma haqqı üstün rəqəmsal yaddaşda olan keçmişdə yaşanan uğursuz hadisələrin bir zaman sonra unudulmasını, başqalarının bilməsini istəmədiyi şəxsi məlumatların silinməsini və ya yayılmasının qarşısının alınmasını istəmə haqqı kimi ifadə edilir.
Avropa hüququnda unudulma haqqı qərarına ilk olaraq 13 may 2014-cü ildə rast gəlinib.
Hadisə 2010-cu ildə Mario Costeja Gonzalez adlı bir ispan vəkilin özü ilə bağlı edilən 16 il əvvəlki bir xəbərin 16 il sonra artıq onu narahat etməsi, rəqəmsal etibarını zədələməsi səbəbilə rəqəmsal mediadan qaldırılması məqsədi ilə xəbərin yayıldığı mediaya baş vurması ilə başlayıb.
Unudulma haqqı qəzetlərdə də dəyərləndirilir. Unudulma haqqı şəxslərə, mənəvi varlıqlarını inkişaf etdirmək, keçmişdə yaşanmış bəxtsiz hadisələrin indiki zamana yansıyan negativ təsirlərindən qurtulmaq, dövlət tərəfindən şəxslərə həyatlarında "yeni bir səhifə açmaq" kimi imkanlar verən son dərəcə vacib bir haqdır.
Çinarə Muradova
