00:00:00
Yazar
Admin User
28.01.2026 17:07 72 2 dəq oxuma
Sosial

Uşaqların dini etiqad azadlığı: valideyn haqqı, yoxsa uşağın seçimi?

Uşaqların dini etiqad azadlığı: valideyn haqqı, yoxsa uşağın seçimi?

Azərbaycanda hazırlanmaqda olan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihədə uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması, dini tərbiyənin isə yalnız uşağın fiziki və psixi sağlamlığına zərər vurmadığı halda mümkün olması nəzərdə tutulur.

Bu yanaşma valideynlərin tərbiyə hüququ ilə uşağın fərdi azadlıqları arasında balans məsələsini gündəmə gətirir. Qanun layihəsi həm hüquqi, həm də mənəvi baxımdan mühüm suallar doğurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, söhbət islam dinindən, onun dəyərlərindən, ölkəmizdəki gənc və gələcək nəsillərimizin tərbiyəsindən, onların irşadından, dəvətindən bəhs olunursa, din xadimlərinin ayrı-seçkilik salmadan bu mənəvi dəyərlərimizə töhfə verməsi, işlərin daha doğru istiqamətdə hərəkət etməsinə dəstək verməsi vacibdir:

 

"Din məcburiyyəti məsələsi var. "Qurani-Kərim"də bir ayədə Rəbbimiz deyir ki, dində məcburiyyət yoxdur. Bu o deməkdir ki, İslam dini onu qəbul edən adamın məcburiyyətdən yox, onu könüllü qəbul etməsini istəyir. Hələ ki, işin digər tərəfində övladlarımız, gələcəyimiz, istiqbalımız dayanırsa, biz istəmərik ki, bizim övladlarımız ikili bir həyat yaşasın. Amma ailələrimizin içərisində, təbii ki, dəyərlərimizin təlim edilməsi, tərbiyə metodlarının qabardılması yaşadılması, əlbəttə ki, bu ailələrimizin haqqı sayılır. Bu, xalqın, Azərbaycan ailəsinin haqqı sayılır. Bu baxımdan hesab edirəm ki, bizim yeni layihəmiz də bu mənəvi dəyərlərimizdən paralel şəkildə özünü göstərəcəkdir. Əlbəttə ki, hər bir qanun, qaydanın insan həyatına, taleyinə müəyyən mənada müsbət və ya mənfi təsiri var. Amma ifadə etdiyimiz kimi, dünyada inancsız insan yoxdu. Əgər insan bu mənəvi dəyərlərdən çıxarsa, əlbəttə ki, onda vəhşilik duyğuları formalaşa bilər. Ona görə də bizim qanunlarımızın uşaqlarımızın həyatında, onların dünyagörüşündə, əlbəttə ki, müsbət rol oynaması lazımdır və İslam dini də insanın bir şəxsiyyət kimi formalaşmasını istəyir. İnsanın Allaha qul olmasını istəyir. Çünki Allaha qul olmayan insan dünyaya kölə olur və bu köləlik müəssisəsini yıxan İslam insana qulluq şüuru, xidmət şüuru, təfəkkür şüurunu aşılayır və inanırıq ki, bu qanunlarımız da, əslində bu mənəvi dəyərlərin təmiri və onun möhkəmlənməsi istiqamətində veriləcək".


Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər