ÜST Yaxın Şərqdə nüvə müharibəsinə hazırdır
Yaxın Şərqdəki müharibə təhlükəli bir mərhələyə çatıb: İranın Nətənz şəhərindəki zənginləşdirmə kompleksinə və nüvə obyektinin yerləşdiyi İsrailin Dimona şəhərinə zərbələr endirildiyi bildirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
O, agentliyin İranın cənub-şərqində və İsrailin Dimona şəhərində baş verən hadisələri araşdırdığını bildirib.
"Obyektin xaricində hər hansı bir anormal və ya yüksək radiasiya səviyyəsi barədə məlumat verilməyib. Nüvə obyektlərinə edilən hücumlar ictimai səhiyyə və ətraf mühit təhlükəsizliyi üçün artan təhlükə yaradır".