00:00:00
Yazar
Admin User
27.01.2026 14:00 62 2 dəq oxuma
Sosial

Uzunmüddətli planlama niyə çətin görünür?

Uzunmüddətli planlama niyə çətin görünür?

 

Gündəlik həyatda qısa müddətli qərarları vermək nisbətən asandır, amma uzunmüddətli planlama-karyera, maliyyə, sağlamlıq və şəxsi inkişafla bağlı məqsədlər çoxlarına çətin gəlir. Bəzi insanlar niyə gələcəyi düzgün planlaya bilmir, planlarını həyata keçirməkdə nə mane olur və hansı psixoloji, iqtisadi və sosial faktorlar rol oynayır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, uzunmüddətli planlar dərhal nəticə vermədiyi üçün beyin onları “təxirə salına bilən” kimi qəbul edir:

 

“İnsanlar tez mükafata daha çox həssasdır, amma uzunmüddətli hədəflər səbr və davamlılıq tələb edir. Üstəlik, plan çox böyük,  qeyri-müəyyən görünəndə insan özünü aciz hiss edir və motivasiya tədricən azalır. Stress zamanı insanın diqqəti gələcəyə yox, indiki problemlərə yönəlir. Beyin “sağ qalma rejimi”nə keçir və strateji düşünmək çətinləşir. Narahatlıq isə “bəs alınmasa?” düşüncələrini gücləndirir, bu da plan qurmaq əvəzinə qaçınmaya səbəb olur. Nəticədə insan planı ya təxirə salır, ya da, ümumiyyətlə, imtina edir. Kiçik addımlar beynə müvəffəqiyyət hissi yaşadır və motivasiyanı qoruyur. Mərhələli planlama böyük hədəfi daha real, idarəolunan edir. İnsan hər mərhələni tamamladıqca özünə inamı artır və davam etmək daha asan olur. Bu səbəbdən uzunmüddətli planlar həmişə kiçik, ölçülə bilən və real addımlara bölünməlidir. İnsanların gələcəyi düzgün planlaya bilməməsinin əsas səbəblərindən biri qeyri-müəyyənliklə bağlı narahatlıqdır. Gələcək aydın olmadığı üçün insan riskdən qaçmağa çalışır və plan qurmaq əvəzinə qərarsız qalır. Psixoloji baxımdan qorxu, özünə inamsızlıq, uğursuzluq təcrübələri və “mükəmməl plan olmalıdır” düşüncəsi insanı hərəkətsizləşdirə bilir. İqtisadi faktorlar da bu prosesə ciddi təsir edir. Maddi qeyri-sabitlik, gəlir. İş təhlükəsizliyinin olmaması uzunmüddətli planların real görünməməsinə səbəb olur. İnsan “sabah nə olacaq?” sualı ilə yaşadıqda, karyera, maliyyə və ya şəxsi inkişafla bağlı planlar ikinci plana keçir”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər