00:00:00
Yazar
Aişə Mustafayeva
19.02.2026 15:36 14 2 dəq oxuma
Siyasət

Valeriy Zalujnı Zelenskini 2023-cü il əks-hücumunun uğursuzluğunda günahlandırıb

Valeriy Zalujnı Zelenskini 2023-cü il əks-hücumunun uğursuzluğunda günahlandırıb

Ukraynanın Böyük Britaniyadakı səfiri ordunun sabiq baş komandanı Valeriy Zalujnı 2023-cü ildə həyata keçirilən əks-hücum planının lazımi resurs çatışmazlığı səbəbindən uğursuz olduğunu bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu təsadüfən səsləndirilən bəyanat deyil:

 

"Zalujnı bir vaxtlar Ukrayna hərbi-siyasi diplomatiyasında kifayət qədər reytinqli və ictimai rəydə qəbul olunan adam idi və hazırda da elədir. Ukraynada Zelenskiyə etimad azalandan sonra, artıq, Zalujnı alternativ siyasi lider kimi ön plana çıxıb və onun Zelenskini perspektivdə əvəz etməsi məsələsi gündəmə gəlib. Belə olan halda, Zelenski və Zalujnı arasında gərginlik artıb.

Artıq müəyyən dairələr Zalujnını Zelenskiyə alternativ kimi hazırlayırlar. Zelenskiyə etimadın azalması fonunda etimad balansı Zalujnının xeyrinə artıb və dəyişib. Nəticədə, Zelenski Zalujnını vəzifəsindən və ölkədən uzaqlaşdırıb. Birdən-birə onun siyasi səhnədən götürülməsi əks effekt verə bilər. Çünki Zalujnı hərbiçi və baş komandan idi, hərbiçilər ayağa qalxa bilər. Bu addım Qərbin narazılığına səbəb ola bilər. Ona görə, Zelenski bütün bunları nəzərə alaraq, Zalujnını səfir kimi Britaniyaya göndərib və ölkədən uzaqlaşdırıb. İndi Zalujnının belə fikrlər səsləndirməsi, təbii ki, Zelenskiyə olan etimadı daha da azaltmağa, xalqda Zelenskiyə olan inamı azaltmağa hesablanıb. Xüsusilə, artıq Prezident seçkilərinin yenidən gündəmə gəldiyi bir vaxtda Zalujnı belə bəyanatlar verməklə Zelenskinin şanslarını azaldır və özünün ictima rəydə əvvəlki yerini xatırladır ki, Zelenski getsə, ən real namizəd mənəm. Çox güman ki, bu Qərbin dəstəyi ilə planlı şəkildə həyata keçirilir".

 

 

Aişə Mustafayeva

#2023-cü #uğursuzluğunda #azərbaycan #əks-hücumunun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər