00:00:00
Yazar
Admin User
25.04.2023 12:48 334 1 dəq oxuma
Maraqlı

Valideynlərə xəbərdarlıq: Uşaq bezlərində virus aşkar edildi

Valideynlərə xəbərdarlıq: Uşaq bezlərində virus aşkar edildi

Danimarkalı körpələrin çirkli uşaq bezlərini əhatə edən tədqiqat həyata keçirilib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada daha öncə bilinməyən viruslar və körpə bağırsaq mikrobiomunun strukturu haqqında məlumatlar təqdim edilib.

 

Beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 000 yeni virus aşkar edildiyini bildirib. Araşdırma zamanı uzun müddət xroniki iltihablı xəstəliklərin tədqiqatında iştirak edən 1 yaşında olan sağlam 647 Danimarkalı uşağın nəcisi araşdırılıb. Uşaq bezlərində müxtəlif viruslar aşkar edilib ki, onların çoxu hələ də müəyyən edilməyib.

 

Ümumilikdə, tədqiqatçılar 248 viral ailədən 10,000 virus növü aşkar ediblər. Onlardan bu günə kimi  yalnız 16-sı tibbə məlumdur. Tədqiqat zamanı virusların uşaqların nəcisindəki bakteriya növlərindən 10 dəfə çox olduğu müşahidə edilib. Bunların 90 faizi insan hüceyrələrinə deyil, bakteriyalara hücum edən bakteriofaqlardır. Bu bakteriofaqlar xəstəliyə səbəb olmur. Əksinə, onların bakteriyaların rəqabət qabiliyyətlərinin formalaşmasına və bağırsaq mikrobiomunda bakteriya populyasiyalarının balanslaşmasına kömək etdiyi düşünülür.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər