00:00:00
Yazar
Nərmin Həşimova
26.05.2026 18:42 136 2 dəq oxuma
Siyasət

Vaşinqton- Tehran xəttində əsas müzakirə məsələsi: Hörmüz boğazı və uran məsələsi

Vaşinqton- Tehran xəttində əsas müzakirə məsələsi: Hörmüz boğazı və uran məsələsi

Doha görüşlərində İran nümayəndə heyəti ilə aparılan danışıqlarda Hörmüz boğazındakı məhdudiyyətlər, yüksək səviyyədə zənginləşdirilən uran və Tehranın dondurulan xarici aktivləri əsas müzakirə mövzularından biri olub. Məlumata görə, mümkün razılaşma çərçivəsində Vaşinqton İran aktivlərinin bir hissəsinin sərbəst buraxılmasına razılıq verə bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Birləşmiş Ştatlar və İran arasında olan  münaqişə passiv fazada davam etsə də, münasibətlər hələ də kifayət qədər gərgin və mürəkkəb olaraq qalmaqdadır:


“Təbii ki, proseslərin düyün nöqtəsi məhz İranın zənginləşdirilən uran ehtiyyatı və dünya enerji ticarətin əsas keçid nöqtələrindən hesab edilən Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyən situasiyadır. Tərəflər arasında hazırda əsasən bu iki istiqamət üzrə danışıqlar gedir və görüntü ondan ibarətdir ki, uran məsələsində yekun razılaşma yaxın perspektivdə görünmür. Lakin Hörmüz boğazı ilə bağlı müəyyən razılaşmaların olması istisna deyil. Mahiyyət etibarilə, İranın nüvə proqramı, proksi qüvvələrə dəstəyi və ballistik raket proqramı ilə Hörmüz məsələsi iki ayrı danışıqlar predmeti kimi diqqət çəkir. Nüvə proqramı və ona bağlı istiqamətlər rejim üçün artıq ideoloji məsələyə çevirilib və bu kontekstdə güzəşt Tehran üçün bir növ məğlubiyyətə bərabər bir haldır. Bu səbədən İran vasitəsilə ciddi bir geri çəkilmə və yaxud güzəştlərin olacağı ehtimalı olduqca aşağıdır. Amma Hörmüz boğazı ilə bağlı situasiya tamamilə fərqlidir. Boğazın bağlı qalması körfəz ölkələri ilə yanaşı İranın özü üçün, eyni zamanda, qlobal ticarət zənciri üçün ciddi problemlər yaradır və bununla əlaqədar müsbət implusların olması gözləniləndir”.


Gövhər Mehyəddinova

#ABŞ #İran #müzakirə #uran #Hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər