00:00:00
Yazar
Nərmin Həşimova
13.05.2026 18:23 57 2 dəq oxuma
Siyasət

Vaşinqtondan Ukraynaya strateji dəstək: Hərbi yardım, həm də NATO daxilində koordinasiya

Vaşinqtondan Ukraynaya strateji dəstək: Hərbi yardım, həm də NATO daxilində koordinasiya

ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım üçün ayrılan 400 milyon dollar vəsaiti istifadə etməyi planlaşdırır. Nazir Pit Heqset bildirib ki, yardım Avropa Komandanlığı ilə koordinasiya olunacaq və vəsaitin istifadəsinə tam nəzarət ediləcək.


Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin ayırdığı yeni yardım paketi müharibənin gedişatını köklü dəyişməsə də, Vaşinqtonun müharibədəki strateji xəttini nümayiş etdirir:


“ABŞ-nin ayırdığı 400 milyon dollarlıq yeni hərbi yardım paketi, məbləğ etibarilə əvvəlki illərdən kiçik olsa da, Vaşinqtonun müharibədəki sistemli xəttini qoruyur. Bu addım Ağ Evin Ukrayna strategiyasında geri çəkilməkdən çox, prosesi daha effektiv və idarəolunan müstəviyə keçirmək niyyətini nümayiş etdirir. Yardım prosesinin Avropa Komandanlığı ilə koordinasiyası və vəsaitlər üzərindəki sərt nəzarət ABŞ-nin hesabatlılıq prinsipinə verdiyi önəmi təsdiqləyir. Hərbi dəstəyin müharibənin gedişatına təsiri dərhal olmasa da, taktiki səviyyədə kritikdir. Hava hücumundan müdafiə, artilleriya sursatları və kəşfiyyat vasitələrini əhatə edən bu yardımlar Ukraynanın müdafiə qabiliyyətini saxlayır, Rusiya ordusunun irəliləyiş tempini isə zəiflədir”.


Politoloq bildirib ki, bu yardım paketi cəbhədə radikal dönüş yaratmasa da, ABŞ-nin Rusiyanı zəiflətmək və Ukraynanın müqavimətini artırmaq yönümlü strateji xəttinin davamıdır:


“Bu siyasət Rusiya ilə münasibətlərdə "strukturlaşdırılan gərginliyi" artırır. Yeni hakimiyyətin mövqeyi ilə bağlı müxtəlif rəylər olsa da, Moskva bu yardımları Qərbin münaqişədə birbaşa iştirakı kimi görür. Eyni zamanda, ABŞ-nin sanksiyalar vasitəsilə Rusiyanı zəiflətmə strategiyası da dəyişməz qalır. Vaşinqtonun bu xətti NATO daxilində koordinasiyanı stimullaşdırır və Avropa ölkələrini Ukraynaya dəstəyə təşviq edir. Nəticədə, 400 milyon dollarlıq paket cəbhədə radikal dönüş yaratmasa da, Ukraynanın müqavimətini qorumaq və Rusiyanı təzyiq altında saxlamaq üçün mühüm amildir”.


Aydan Əsgərxanlı

#ABŞ #Ukrayna #yardım #planlaşdırılır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər