00:00:00
Yazar
Elmira Ağayeva
15.05.2026 20:19 16 2 dəq oxuma
Siyasət

Vaşinqtonun İran siyasəti Pekin və Moskvanın bölgədə rolunu gücləndirə bilər”-ŞƏRH

“Vaşinqtonun İran siyasəti Pekin və Moskvanın bölgədə rolunu gücləndirə bilər”-ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Çin səfərindən sonra İrana qarşı daha ciddi addımlar ata bilər”.

 

Bu barədə “Axois” nəşri mənbələrinə istinadən məlumat yayıb.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Çinə səfərindən dərhal sonra İran istiqamətində daha sərt ritorika və ya mümkün hərbi-siyasi addımlar atması Vaşinqton-Pekin münasibətlərində əlavə gərginlik yarada bilər:

 

“Çünki Çin uzun illərdir İranla enerji, logistika və geosiyasi əməkdaşlığı genişləndirən əsas aktorlardan biridir. Rəsmi Vaşinqtonun İrana təzyiqi artırması Çindən təkcə regional məsələ kimi deyil, həm də ABŞ-nin Asiya və Yaxın Şərqdə paralel təzyiq siyasətinin davamı kimi qiymətləndirilə bilər. Nəticədə ABŞ-Çin münasibətlərində onsuz da mövcud olan ticarət, texnologiya və təhlükəsizlik gərginlikləri yeni geosiyasi elementlərlə daha da mürəkkəbləşə bilər. ABŞ-İran qarşıdurmasının dərinləşməsi Çin və Rusiyanın bölgədəki rolunu da gücləndirə bilər. Rusiya İranla hərbi-texniki əməkdaşlığı və regional koordinasiyanı artırmaq imkanları əldə edə, Çin isə enerji təhlükəsizliyi baxımından İranla əlaqələri qorumağa və Qərb sanksiyalarına qarşı alternativ maliyyə mexanizmlərini genişləndirməyə çalışa bilər. Bu isə regionda Qərb və anti-Qərb blokları arasında geosiyasi xəttin sərtləşməsinə səbəb ola bilər.

Digər tərəfdən, ABŞ-nin İrana qarşı mümkün yeni əməliyyatları Yaxın Şərqdə ümumi təhlükəsizlik balansını da həssas mərhələyə keçirə bilər. Hörmüz boğazı, enerji marşrutları və regional proksi qüvvələr üzərindən yaranacaq risklər qlobal bazarlara birbaşa təsir göstərə bilər. Belə bir şəraitdə Çin və Rusiya özlərini regionda “alternativ güc” kimi təqdim etməyə çalışsalar da, reallıqda böyük güclər arasında rəqabətin daha açıq və sərt mərhələyə keçməsi ehtimalı artır”.

 

 

 

Nuray Əliyeva

 

 

#ABŞ #İran #Çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər