00:00:00
Yazar
Elmira Ağayeva
03.09.2026 20:59 71 2 dəq oxuma
Siyasət

“Venezuela faktiki olaraq ABŞ-nin nəzarətindədir”-Politoloqdan Şərh

“Venezuela faktiki olaraq ABŞ-nin nəzarətindədir”-Politoloqdan Şərh

ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsini istədiklərini, lakin ölkənin hələlik buna hazır olmadığını bildirib.
Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları bu ilin yanvar ayında Venezuelada əməliyyat keçirdərək Prezident Maduronu həbs etdi və Amerikaya apardı:


“Ondan sonra onun vəzifələrini müavini Rodriges həyata keçirir. Amerika artıq Venezuelanın nəzarətini demək olar ki, tam şəkildə həyata keçirdib və onun siyasətinin müəyyən olunmasında aktiv şəkildə iştirak edir. Enerji layihələrində iştirak edir və faktiki olaraq Venezuelanın neft sənayesi Amerikanın nəzarətindədir.Hazırda Venezuelada faktiki olaraq seçki keçirilmədən hakimiyyət mövcuddur. Yəni prezident yoxdursa, onu müvəqqəti əvəz edən şəxsin bir müddət sonra seçkilər vasitəsilə müəyyən olunması lazımdır. Amma hələlik Amerika Birləşmiş Ştatları ölkədə şəraiti və ümumiyyətlə planlarla bağlı planlamanı yekunlaşdırmadığına görə seçkilərin keçirilməsini hələlik istəmir”.

Politoloq qeyd edib ki, Donald Tramp hələlik bu Venezuelanın yeni hakimiyyəti ilə rahat şəkildə işləyə bilir:


“Amerikaya daha bağlı olan yeni qüvvələrin də ortaya çıxmasını, təşkilatlanmasını gözləyir. Faktiki olaraq, həm də Trampın Venezuela məsələsinə diqqətinin azalmasının əsas səbəblərindən biri artıq bu ölkənin nəzarətdə olması, Amerikanın nəzarətində olması və digər vacib məsələlərlə məşğul olmasıdır. Çünki qarşıda aralıq seçkiləri var, Tramp daha çox diqqətini ona yönəldib. Amma Venezuela məsələsi də onun administrasiya üzvləri tərəfindən koordinasiya edilir.Yəni Amerika Birləşmiş Ştatları hansısa zaman hesab etsə ki, seçkiləri keçirmək lazımdır, o zaman seçkilər keçiriləcək”.

Nuray Əliyeva

#yeni #nəzarətindədir”-politoloqdan #şərh #“venezuela
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər