00:00:00
Yazar
Admin User
23.11.2015 08:03 442 1 dəq oxuma
Siyasət

Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Fazil Məmmədov Biləsuvar Olimpiya İdman Kompleksində (ünvan: Heydər Əliyev küçəsi, 1A) Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, 27 noyabr 2015-ci il tarixində vergilər naziri Fazil Məmmədov Biləsuvar Olimpiya İdman Kompleksində (ünvan: Heydər Əliyev küçəsi, 1A) Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Əliyev Valeh Yaşar oğlu, əlaqə telefonu: (025) 254-66-74, mobil (070) 218-08-38), Biləsuvar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Ramazan Cəfər oğlu, əlaqə telefonu: (025) 295-02-96, mobil (050) 374-62-43), Cəlilabad rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Dadaşov İbadət Saya oğlu, əlaqə telefonu: (025) 243-56-04, mobil (055) 230-92-02), Masallı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Həzərxanov Ramal Həzərxan oğlu, əlaqə telefonu: (025) 215-42-26, mobil (050) 281-23-09) və Yardımlı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Ağayev Rüfət Zakir oğlu, əlaqə telefonu: (025) 206-14-35, mobil (050) 387-02-96) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər