00:00:00
Yazar
Admin User
31.08.2023 16:06 567 2 dəq oxuma
Maraqlı

"VI Robot Olimpiadası"ndan gözləntilər

"VI Robot Olimpiadası"ndan gözləntilər

   Sentyabrın 1-dən 3-dək VI Robot Olimpiadası keçiriləcək. Olimpiada Dünya Robot Olimpiadası Assosiasiyası, Azərbaycan Robottexnika Mühəndisliyi Akademiyası, Elm və Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

   Olimpiadada iştirakçılara nəzarət, yemək, qarşılama prosesinə Bakı Dövlət Universitetinin könüllü tələbələri qoşulacaq.

   Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Elmir Heydərli Dünya Robot Olimpiadasında ilk dəfə 2017-ci ildə müşahidəçi, növbəti ildən isə üzv kimi iştirak edib. “Bu il olimpiada ölkəmizdə baş tutacaq. Hədəfimiz Panamada keçiriləcək yarışa vəsiqə qazanmaqdır. Biz bu gün təlimdə olduq. Çox xoş atmosfer var. İlk gün test yarışı, ikinci gün ümumi yarış keçiriləcək, üçüncü gün isə nəticələr hesablanacaq və qalib elan olunacaq. Belə yarışların keçirilməsi Azərbaycan təhsilinə töhfə verir, istedatlı kadrlar yaranır. Çünki bu olimpiadada məktəblidən tələbəyə qədər hamı iştirak edir”.

Nahid Xəlilov isə BDU Tələbə Gənclər Təşkilatının (TGT) üzvü olaraq VI Robot Olimpiadasında könüllü kimi iştirak edəcək. “Biz BDU-TGT komandası olaraq 11 nəfərik və bölünərək müəyyən istiqamətlər üzrə fəaliyyət göstərəcəyik. Məsələn, qarşılama komandası, "crowd" menecment, zal nəzarətçiləri, yemək işinin təşkili ilə bağlı məşğul olan könüllü komandaları var. Hər komandanın da öz lideri var. Orada gərgin iş rejimi mövcuddur, məqsəd gözəl iş yaratmaqdır. Hər kəs kimi biz də yarışın şəffaf keçirilməsi üçün çalışacağıq. Bu gün təlim keçirildi, hər kəsə öz işi, komandası məlum oldu".

   Nərminə Eyyubova isə konkret işi barədə danışır. Deyir ki, yemək işinin təşkili ilə bağlı komandanın üzvüdür. “Tələbələrin birliyi çox xoş, sevindirici haldır. Bu gün olan təlim çox xoş təəsüratlar yaratdı. İnanıram ki, olimpiada çox uğurlu şəkildə keçiriləcək" .

   Qeyd edək ki, olimpiada Milli Gimnastika Arenasında keçiriləcək.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər