00:00:00
Yazar
Admin User
16.10.2025 08:20 100 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhramanı

Vətən müharibəsi qəhramanı

Azərbaycanın igid oğullarından biri olan Atəməli Musaoğlu Vətən müharibəsinin unudulmaz simalarındandır. O, döyüş meydanında göstərdiyi qəhrəmanlıqla təkcə bir ərazini deyil, yüzlərlə insanın qəlbini də azad edib.

 

Atəməli 5 mart 1995-ci ildə Bakı şəhərinin Lökbatan qəsəbəsində dünyaya göz açıb.Həyatdakı ən böyük arzusu insanlara faydalı olmaq idi.Bu istək onu psixologiya sahəsinə gətirdi. 2016-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirərək “insan ruhunun gücünü anlamağı” öz həyat missiyasına çevirib.

 

 2020-ci ilin payızı onun taleyinə başqa bir yol yazdı. Atəməli düşünmədən ön cəbhəyə yollandı. O, kəşfiyyat tapşırıqlarında xüsusi dəqiqlik və cəsarəti ilə fərqlənirdi. Döyüş yoldaşlarının sözlərinə görə o, hər əməliyyata gedəndə bircə cümlə deyirdi: “Qorxmaq insanın təbii halıdır, amma qorxuya qalib gəlmək vətən sevgisidir”.

 

16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını xilas etməyə çalışarkən snayper gülləsinə tuş gəlib. Qəlbindəki mərdliklə, son nəfəsinə qədər mübarizə aparıb.

 

Onun şəhadəti bir ailənin, bir universitetin, bir millətin yaddaşına yazıldı. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

 

Bu gün Atəməli Musaoğlunun adı təkcə döyüş meydanında deyil, hər bir gəncin vicdanında yaşayır. O, sübut etdi ki, qəhrəmanlıq bəzən səs-küylə deyil, səssiz və təmənnasız addımlarla yazılır.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər