00:00:00
Yazar
Admin User
29.10.2025 18:47 90 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhramanı-Əliyev Mehmanın əziz xatirəsinə

Vətən müharibəsi qəhramanı-Əliyev Mehmanın əziz xatirəsinə

Azərbaycanın azadlığı uğrunda canını fəda edən hər bir şəhid bu torpağın yaddaşına yazılan bir qəhrəmanlıq dastanıdır. Onlardan biri də Əliyev Mehmandır.

 

Əliyev Mehman 1 yanvar 2002-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində dünyaya gəlib. Uşaqlıqdan təmiz ürəyi, mehribanlığı və vətən sevgisi ilə seçilən Mehman, təhsilini doğma kəndində, F. Həziyev adına tam orta məktəbdə alıb. Məktəb illərində o, həmyaşıdları arasında hörmətli və çalışqan biri kimi tanınıb.

 

Mehman gənc yaşına baxmayaraq, vətəninə olan bağlılığı və mərdliyi ilə seçilib. 29 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub, Vətən yolunda göstərdiyi fədakarlıqla qəhrəmanlıq nümunəsi yaradıb. Dəfn olunduğu Neftçala, Xolqarabucaq kənd qəbiristanlığında onun xatirəsi əbədi olaraq yaşayır.

 

15.12.2020-ci ildə Mehman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Mehman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Mehman Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər