Vətən müharibəsi qəhrəmanı
Vüqar Məmmədov adı kimi ucalığı, ruhu kimi təmizliyi ilə yaddaşlarda yaşayan qəhrəma olun. O, Vətən müharibəsinin ən qaynar günlərində, 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə snayper atəşi ilə şəhidlik zirvəsinə yüksəlib. Həyatının ən gözəl çağında-26 yaşında bir ömürlük fədakarlıq salnaməsi yazıb.
Vüqar uşaqlıqdan vətənə sevgi ilə böyüyüb, hər zaman “Torpaq Vətən olanda müqəddəsdir” deyən bir gənc olub. O, adi bir əsgər olmayıb. Səssiz, lakin ürəyində alov daşıyan bir döyüşçü olub. Füzuli torpağında hər qarış uğrunda vuruşarkən onun məqsədi sadəcə qələbə olmayıb, həm də gələcək nəsillərə azad sabah bəxş etmək olub.
Şəhidliyə gedən yol Vüqar üçün bir qorxu deyil, bir çağırış olub. Hər güllə səsi onun üçün azadlığın sədası olub. Döyüş yoldaşlarının dediyinə görə, o, son ana qədər təbəssümünü itirməyib, “Azadlıq yaxınlaşdıqca qorxular yox olur” deyib. Bu cümlə, elə bil ki, Vüqarın bütün həyat fəlsəfəsini ifadə edib.
Bu gün Vüqar Məmmədovun adı yalnız bir şəhid kimi deyil, həm də milli ruhun təcəssümü kimi xatırlanır. O, torpaq uğrunda canını fəda edən, amma unudulmayan nəsillərin simvoludur. Onun şəhid olduğu 6 oktyabr təkcə bir tarix deyil, bu gün həm də azadlığın dəyərinin, vətənə bağlılığın, səssiz qəhrəmanlığın tarixi olub.
Qanıyla azadlıq yazan Vüqarın ruhu bu torpaqlarda yaşayıb. Hər azad edilən yüksəklikdə, hər dalğalanan bayraqda onun izi, onun nəfəsi duyulub.
Banuçiçək Məmmədova
