00:00:00
Yazar
Admin User
28.10.2025 19:02 114 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

Bəzən qəhrəmanlıq nə səs-küylə, nə də təltiflərlə ölçülür. Əsl qəhrəmanlıq-ürəyin qorxmadan döyünməsində, Vətən uğrunda can verməyə hazır olmaqdadır. Elə İsmayıl Qədirli də bu səssiz qəhrəmanlardan idi.

 

O, sadə, sakit, təvazökar bir gənc idi. Amma Vətən torpağı tapdalandı, bayraq yerindən salındı, o zaman İsmayılın qəlbi alovlanıb. O, “kim gedəcək?” sualına “mən” deyənlərdən idi.

 

Cəbhəyə könüllü yollanıb-gülümsəyərək, arxasında ana duası, gözlərində ümid işığı ilə. Çünki o bilib: bu yol çətindir, amma azadlıq asan qazanılmır.

 

O, döyüşüb-qorxmadan, dayanmadan. Səngərdə soyuqdan deyil, Vətənin dərdindən titrəyən bir ürəyi vardı. Son gülləsinə qədər savaşıb, son nəfəsində belə bayrağa baxıb gülümsəyib. İsmayıl Qədirli şəhid olub, amma onun adı ölümsüzləşib.O, torpağa düşəndə, torpaq müqəddəsləşib. Çünki hər şəhid, bu Vətənin diriliyinin sübutudur.

 

Bu gün onun adı bir məktəbdə, bir yolda, bir ürəkdə yaşayır. Onu tanıyanlar deyir: “İsmayıl sakit idi, amma ürəyi Vətən qədər uca idi".

 

Və bu cümlə bəs edir-çünki əsl qəhrəmanlıq səsdə deyil, əməldə, qəlbdə, şəhadətdədir.

 

Ruhun şad olsun, qəhrəman İsmayıl Qədirli. Sənin kimi oğullar sayəsində bu torpaq azaddır, bu bayraq dalğalanır, bu xalq başıucadır.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər