00:00:00
Yazar
Admin User
16.10.2025 09:54 111 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

2020-ci ilin payızında-torpağın şəhid qoxuduğu, dağların isə Vətən həsrətindən titrədiyi günlərdə-Azərbaycanın igid oğullarından biri, İsrayıl Cəfərzadə ömrünü vətən torpağına bağışlayıb. 16 oktyabrda, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan İsrayılın adı indi həmin torpağın hər daşına, hər nəfəsinə hopub.

 

İsrayıl Cəfərzadə sadəcə bir əsgər deyil, o, qorxunun nə olduğunu unudub, qələbəyə doğru inamla irəliləyən nəsil olub. O nəsil ki, sinəsində minlərlə illik Vətən sevgisini daşıyıb, babalarının arzularını gerçəkliyə çevirib. Onun döyüş yoldaşları deyiblər ki, “İsrayıl həmişə gülümsəyib, sanki ölümə deyil, azadlığa gedib”.

 

Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidlik İsrayılın adını tarixə yazıb. O, son anına qədər silahını yerə qoymayıb, mövqeyini tərk etməyib. O anlarda onun ürəyində yalnız bir arzu olub, bayrağı yüksəltmək, torpağı azad görmək.

 

Şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. İsrayılın həyatı qısa olsa da, mənası ömürlər qədər dərin olub. O, bir ömrü deyil, bir xalqın azadlıq səhifəsini yazıb. Bu gün Suqovuşanın dağları üzərində əsən sərin külək sanki onun adını pıçıldayıb, şəhid qanıyla yoğrulan torpaq “İsrayıl” deyə səslənib.

 

İsrayıl Cəfərzadə Vətən torpağına qarışıb, lakin adı əbədiyyətə yazılıb. O, indi sükutun içində, amma bütün bir millətin yaddaşında yaşayıb-azadlığın, mərdliyin və səssiz qəhrəmanlığın simvolu kimi.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər