00:00:00
Yazar
Admin User
19.10.2025 14:28 116 2 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

Bəhruz Səttar oğlu Əhmədov-həyatını vətən sevgisinə həsr edən, cəmi bir ömürlük zaman dilimində əbədiyyətə sığan bir qəhrəmandır. O, 1997-ci ildə Sabirabadın rayonunun Balakən kəndində anadan olub. Uşaqlıqdan cəsarətli, idmanla maraqlanan, döyüş ruhlu bir gənc idi. Məktəb illərində qaydasız döyüşlərlə məşğul olub, hərbi formaya xüsusi hörmət bəsləyib.

 

Vətənə olan sevgisi onu müharibə başlayan ilk günlərdə ön cəbhəyə aparıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb. O, döyüş meydanına qorxu ilə deyil, qürurla gedib. “Torpaq üçün, şəhidlər üçün, gələcək nəsillər üçün”-bu sözlər onun dilindən tez-tez eşidilib.

 

Bəhruz Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Sakit, amma cəsur idi. Onun döyüş yoldaşları deyiblər ki, Bəhruz heç vaxt geri baxmayıb-hər zaman irəli gedib, yaralı yoldaşlarını təhlükədən xilas edib. Əsl igidlik onun üçün səssiz fədakarlıq olub.

 

19 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən ağır döyüşlərdən birində Bəhruz Əhmədov şəhidlik zirvəsinə ucalıb. O gün Vətən daha bir oğlunu itirib, amma tarix daha bir qəhrəman qazanıb.

 

Bəhruz Əhmədov ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Onun adı bu gün qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazıldığı səhifələrdədir. Bəhruzun ömrü qısa olub, amma mənası sonsuz idi. O, ölməyib-sadəcə torpağın ruhuna qarışıb. Hər bir azərbaycanlının azad nəfəsində, bayrağın yellənən hər hərəkətində onun ruhu var.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər