00:00:00
Yazar
Admin User
12.11.2025 12:28 137 2 dəq oxuma
Sosial

Vətən Müharibəsi qəhrəmanı

Vətən Müharibəsi qəhrəmanı

Azərbaycanın igid övladlarından biri , Qubadlı Fuad Cahangiroğlu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla xalqımızın yaddaşında silinməz iz qoyub. Onun həyat yolu, döyüş meydanında göstərdiyi şücaət və vətənə olan sədaqəti bugünkü nəsillər üçün bir örnəyə çevrilib. Fuad Cahangiroğlu düşmənə qarşı amansız mübarizə apararaq, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən minlərlə qəhrəmandan biridir.

 

 "İnformator.az" a danışan şəhidin atası Qubadlı Cahangir bildirib ki, Fuad 16 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Komanlı kəndində anadan olub:

 

"2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində səfərbərliklə ordu sıralarına qoşulub. Fuada maxe rütbəsi və komandirlik vəzifəsi verilib. Müharibənin ilk günlərindən Xocavənd rayonu ətrafında, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə, eləcə də Füzuli döyüşlərində iştirak edib. Güclü və dəqiq atıcı olan Fuad eyni zamanda minaatan heyətində yer alıb və üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirib. 8 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində, Hadrut–Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Nəşi 9 noyabrda bizə-ailəsinə təhvil verilib və həmin gün Cəlilabad rayonunun Komanlı kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Şəhidin xatirəsinə Komanlı kəndində şəhid bulağı inşa olunub. Bulağın açılışı şəhidin anım günündə baş tutub və bu tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihənin dizayn və təşkilində iştirak edən Hacı İqban və Rauf müəllimə təşəkkür edirik".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər