Vətən müharibəsi qəhrəmanı
Sübhan Rahim oğlu Cəbrayılov-Vətən uğrunda ölümsüzlüyə qovuşan igidlərdən biridir. O, 23 oktyabr 1983-cü ildə Salyanın Marışlı kəndində anadan olub, 2002-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.
2020-ci ilin payızında başlayan Vətən müharibəsində Sübhan bir çox istiqamətlərdə-Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlı döyüşlərində xüsusi şücaət göstərib. Sakit xarakteri, dəmir iradəsi və vətənə sədaqəti ilə tanınan baş gizir silahdaşlarının yaddaşında “susaraq döyüşən qəhrəman” kimi qalıb.
19 oktyabr 2020-ci ildə, doğum gününə cəmi dörd gün qalanda, Qubadlı uğrunda gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb. O, həyat yoldaşı Sevda xanımı və iki övladını arxasında qoyub, amma xalqın qəlbində əbədi yer qazanıb.
Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Onun həyatı göstərib ki, bəzən qəhrəmanlar doğum günlərinə deyil, ölümsüzlüyə doğru addımlayır.
Banuçiçək Məmmədova
