Vətən müharibəsi qəhrəmanı-Allahverdiyev Əkramın əziz xatirəsinə
Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canını fəda edən hər bir şəhid bu xalqın qürur mənbəyidir. Onlardan biri də Cəlilabad rayonunun Qarakazımlı kəndindən olan şəhid Abdullayev Əkram Azaddır. Əkrəm Azad 21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində yerləşən şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbində alıb. Uşaqlıqdan sakit, təvazökar, köməksevər bir gənc kimi tanınıb.
2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsi zamanı Əkram tərəddüd etmədən ön cəbhəyə yollanıb. O, Laçın istiqamətində gedən ağır döyüşlərdə cəsarəti və mərdliyi ilə seçilib. Əkram üçün bu savaş sadəcə torpaq uğrunda deyildi-bu, şəhidlərimizin ruhuna və millətin şərəfinə olan bir mübarizə olub. Təəssüf ki, 29 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. O, canını verib bir xalqın azadlığını qazanıb.
Şəhid Abdullayev Əkram doğulduğu torpaqda-Cəlilabad rayonunun Qarakazımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Bu gün onun məzarı kəndin gəncləri üçün bir qürur yeridir. 15.12.2020-ci ildə Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 25.12.2020-ci ildə Əkram Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Əkram Abdullayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
