00:00:00
Yazar
Admin User
30.10.2025 18:32 99 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Allahverdiyev Vüsalın əziz xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Allahverdiyev Vüsalın əziz xatirəsinə

Bu gün vətənimizin qəhrəman oğlu, şəhid Allahverdiyev Vüsalı böyük hörmətlə və ehtiramla anırıq. O, 16 avqust 1988-ci ildə qədim və igidlər yurdu Qubadlıda dünyaya göz açıb.

 

Qubadlı rayonunun 2 saylı məktəbini bitirən Vüsal, daha sonra ali təhsilini Bakı Kooperasiya Universitetində tamamlayıb. İş həyatı da uğurlu olub və Kapital Bankda filial müdiri kimi məsul və etibarlı bir vəzifəni layiqincə icra edib. Subay idi və ailəsi üçün qürur, dostları üçün güvən idi. 2020-ci ilin Vətən müharibəsi başlanan zaman Vüsal bir an tərəddüd etməyib. O torpaqların həsrətini uşaq yaşlarından yaşayıb və bu günün gələcəyinə həmişə inanıb. Xocavənd istiqamətində gedən döyüşlərdə böyük fədakarlıq və cəsarət göstərərək, 30 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Onun tabutu Sumqayıtda Şəhidlər Xiyabanına əmanət edilib və Vüsalın adı xalqımızın yaddaşına əbədi yazılıb.

 

15.12.2020-ci ildə Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 18.12.2020-ci ildə Vüsal Allahverdiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 25.12.2020-ci ildə Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər