00:00:00
Yazar
Admin User
28.10.2025 19:44 176 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Allahverdiyev Vilayətin əziz xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Allahverdiyev Vilayətin əziz xatirəsinə

Azərbaycanın azadlığı və torpaqlarının bütövlüyü uğrunda canını fəda edən igidlərimizdən biri də Allahverdiyev Vilayət Natiq oğludur. O, 19 avqust 2000-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən vətənpərvərliyi, çalışqanlığı və sakit təbiəti ilə tanınan Vilayət orta təhsilini doğma kənd məktəbində-Birinci Biləcik kənd tam orta məktəbində alıb.

 

Vilayət Allahverdiyev 2018-ci ildə hərbi xidmətə çağırılıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edibSubay idi. Həyatının ən gözəl çağında-cəmi 20 yaşında ikən Vətən müharibəsi başladıqda tərəddüd etmədən döyüş meydanına yollandı.

 

 

Vilayət Allahverdiyev 2020-ci il oktyabrın 28-də Laçın uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, doğulduğu torpaqda-Şəki rayonunun Birinci Biləcik kənd qəbiristanlığında dəfn olunub.

 

 

15.12.2020-ci ildə Vilayət Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Vilayət Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Vilayət Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Vilayət Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər