Vətən müharibəsi qəhrəmanı-Bədirov Muradın əziz xatirəsinə
Hər bir xalqın tarixində vətən uğrunda canından keçən qəhrəmanlar unudulmur. Bu gün biz Bədirov Muradın anım gününü qeyd edir, onun həyatını və göstərdiyi fədakarlığı xatırlayırıq.
Bədirov Murad 25 yanvar 2001-ci ildə Cəlilabad rayonunun Kazımabad kəndində anadan olmuşdur. Orta təhsilini eyni kəndin tam orta məktəbində tamamlamışdır. Gənc yaşından vətənpərvərlik ruhu ilə böyüyən Murad, cəsarəti və fədakarlığı ilə tanınıb.
29 oktyabr 2020-ci ildə o, Ağdərədə şəhid olmuş və qəhrəmanlığı ilə xalqın qəlbində əbədi iz qoyub. Muradın nəşi doğulduğu kənd, Cəlilabad rayonunun Kazımabad kənd qəbiristanlığında dəfn edillib.15.12.2020-ci ildə Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Murad Bədirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
