Vətən müharibəsi qəhrəmanı-Ceyhun Adıgözəlovun əziz xatirəsinə
Ceyhun Adgözəlov Çoban 12 oktyabr 1994-cü ildə Saatlının Axadkənd kəndində anadan olub.O, orta təhsilini Saatlı rayonunun Azadkənd kənd tam orta məktəbində alıb.Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Ceyhun müxtəlif sahələrdə çalışıb, son olaraq gözətçi kimi fəaliyyət göstərib. 2020-ci ilin Vətən müharibəsi başlayanda Ceyhun Adgözəlov Çoban da yüzlərlə gənc kimi könüllü şəkildə ölkənin müdafiəsinə qoşulub.O, Cəbrayıl istiqamətində, Pulland dağı ətrafında gedən ağır döyüşlərdə iştirak edərək igidlik nümayiş etdirib. Ceyhun Adgözəlov Çoban 6 noyabr 2020-ci ildə bu döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhidimizin cənazəsi doğulduğu torpaqda-Saatlının Azadkənd kənd qəbiristanlığında böyük izdihamla dəfn edilib. 15.12.2020-ci ildə Ceyhun Adgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Ceyhun Adgözəlov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Ceyhun Adgözəlov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Ceyhun Adgözəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Ceyhun Adgözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
