Vətən müharibəsi qəhrəmanı-Elşad Baloğlanlının əziz xatirəsinə
Elşad Baloğlanlı Elşən 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. O, orta təhsilini Fazil Hökməliyev adına Günəşli kənd tam orta məktəbində alıb.
2020-ci ilin payızında başlayan Vətən müharibəsi zamanı Elşən Baloğlanlı da yüzlərlə yaşıdı kimi tərəddüdsüz olaraq döyüşə yollanıb. O, Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edərək böyük şücaət göstərib.
Elşad Baloğlanlı Elşən 6 noyabr 2020-ci ildə Xocavənddə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Şəhidimiz doğulduğu torpaqda-Biləsuvar rayonunun Günəşli kənd qəbiristanlığında böyük ehtiramla dəfn edilib. 15.12.2020-ci ildə Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 25.12.2020-ci ildə Elşad Baloğlanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Elşad Baloğlanlı ölümündən sonra "3-cü dərəcəli Vətənə Xidmətə görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
