00:00:00
Yazar
Admin User
06.11.2025 18:31 130 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Elvin Dadaşovun əziz xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Elvin Dadaşovun əziz xatirəsinə

Elvin Dadaşov İmanqulu 14 avqust 1993-cü ildə Neftçala rayonu, Qoltuq qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Neftçala rayon, Əlif Piriyev adına 2 saylı tam orta məktəbdə tamamlayıb.

 

Evli olan Elvin Dadaşov həyatını vətənə xidmətə həsr edib, N saylı hərbi hissədə xidmət edərək torpaqlarımızın müdafiəsində ön cəbhədə yer alıb.

 

30 illik həyatının ən şərəfli anlarından biri 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq olub. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlib.

 

Elvin Dadaşov İmanqulu Azərbaycanın qəhrəman oğullarından biri kimi Neftçala rayonunda, Şəhidlər Xiyabanında dəfn olunub.15.12.2020-ci ildə Elvin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Elvin Dadaşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Elvin Dadaşov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər