00:00:00
Yazar
Admin User
05.11.2025 18:58 149 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Həsən Bayramovun xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Həsən Bayramovun xatirəsinə

Azərbaycanın milli mübarizə tarixində şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Həsən Bayramov Bəhrəmdir. O, 17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində dünyaya göz açıb.

 

Təhsilinə Gəncə şəhəri 12 saylı tam orta məktəbdə başlayan Həsən, orta təhsilini uğurla başa vurub, həyat yolunda doğru, şərəfli addımlar atıb.O, Laçın istiqamətində gedən ağır döyüşlərdə böyük rəşadət göstərib, yoldaşlarına dayaq olmuş və mübarizədən bir an belə geri çəkilməyib. Həsən 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun cənazəsi Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

15.12.2020-ci ildə Həsən Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.18.12.2020-ci ildə Həsən Bayramov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.24.12.2020-ci ildə Həsən Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Həsən Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Həsən Bayramov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər