Vətən müharibəsi qəhrəmanı İbad Mirzəyevin əziz xatirəsinə
Azərbaycanın müasir tarixində 2020-ci ilin payız ayları həm qürur, həm də kədər dolu günlərlə yadda qalıb. 44 günlük Vətən müharibəsi zamanı yüzlərlə igid oğul torpaqlarımızın azadlığı uğrunda canından keçib.Bu qəhrəmanlardan biri də İbad Mirzəyev idi. O, 20 oktyabr 2020-ci il tarixində döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.
Mirzəyev İbad Mənsur oğlu 25.04.1999-cu ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İbad könüllü olaraq hərbi xidmətə yollanıb. Dağların sərt və soyuq qucağında, Murovdağın çətin relyefində o, Vətən yolunda mərdliklə xidmətini davam etdirib. Xidmətini bitirdikdən sonra o, orduda qalaraq müddətdən artıq hərbi qulluqçu kimi Vətənə sadiqliyini göstərib. Amma qəhrəmanlıq yalnız cəsarət deyil-o, həm də ürəyin dərinliyindəki sevgi, sadiqlik və mərhəmətdir. İbad Mirzəyev üçün Vətən torpaqdan çox, hər nəfəsdə, hər addımda hiss edilən bir sevgi idi.
26 oktyabr 2020-ci ildə, İbad Mirzəyev şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı, mərdliyi və Vətənə sədaqəti əbədidir. Bu gün onun adı həm doğulduğu kənddə, həm təhsil aldığı məktəbdə, həm də döyüş yoldaşlarının qəlbində hörmət və ehtiramla anılır. İbad Mirzayevin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. 15.12.2020-ci ildə İbad Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 25.12.2020-ci ildə İbad Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Gövhər Mehyəddinova
