00:00:00
Yazar
Admin User
06.11.2025 18:32 123 1 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Sübhan Əbilzadənin əziz xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Sübhan Əbilzadənin əziz xatirəsinə

1998-ci il aprelin 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gələn Sübhan Əbilzadə Arif uşaqlıq illərindən sadəliyi, zəhmətsevərliyi və ailəsinə bağlılığı ilə tanınıb. Təhsilini doğulduğu kənddə-Nərimankənd orta məktəbində alıb, məsuliyyətli və nizam-intizamlı davranışı ilə müəllimlərinin rəğbətini qazanıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində xidmətə başlayıb.

 

2020-ci ildə ölkəmizin azadlıq uğrunda apardığı Vətən müharibəsində Sübhan Əbilzadə də böyük fədakarlıqla iştirak edib. Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı o, igidlik göstərib. 06 noyabr 2020-ci ildə Sübhan Əbilzadə bu döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidimiz doğma yurdu-Biləsuvar rayonunun Nərimankənd kənd qəbiristanlığında böyük ehtiramla torpağa tapşırılıb.15.12.2020-ci ildə Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.25.12.2020-ci ildə Sübhan Əbilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. 24.01.2021-ci ildə Sübhan Əbilzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Sübhan Əbilzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Sübhan Əbilzadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər