Vətənə sevgisi ilə yaşayan qəhrəman
Arif Abbaslı 1993-cü ildə Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. Gənc yaşlarından vətənpərvərlik onun qanında idi. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
O, yalnız rütbəsi və vəzifəsi ilə deyil, həm də şücaəti və fədakarlığı ilə yadda qalıb. 12 oktyabr 2020-ci il, Füzuli rayonunda gedən döyüşlərdə Arif Abbaslı Vətən uğrunda canını fəda edərək qəhrəmanlıq nümunəsi göstərib. Onun cəsarəti həm döyüş yoldaşlarına, həm də gələcək nəsillərə vicdanlı və fədakar vətən övladı nümunəsi kimi ilham verib.
Arif Abbaslı yalnız bir zabit yox, həm də bir simvol olub-öz həyatını Vətəninə qurban verməyin mənasını göstərən, dərin mənalı bir hekayədir. Onun adı “Qarabağ” ordeni ilə əbədiləşdirilib, xatirəsi ürəklərdə yaşayıb.
Banuçiçək Məmmədova
