00:00:00
Yazar
Admin User
28.12.2015 10:23 712 1 dəq oxuma
Sosial

Vətəndaş jurnalistikasının inkişafı üçün daha bir addım

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatarı İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilati dəstəyi ilə “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması adlı layihə start götürüb.

İnformator xəbər verir ki, layihənin rəhbəri Şamil Məhərrəmov layihəni açıq elan edib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və fondun təşkil etdiyi 7-ci qrant müsabiqəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verilib və layihə haqqında danışılıb. Daha sonra təlimçi, BDU Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının müdiri Aynur Nəsirova vətəndaş jurnalistikası haqqında ilk təlimini keçib. Sözügedən müsabiqədə qalib olan layihənin məqsədi gənclərə vətəndaş jurnalistikasının formalaşdırılması qaydalarını, sosial media alətlərindən səmərəli istifadə üsullarını, əldə edilən informasiyanın düzgün çatdırılması yollarını aşılamaq, sosial aktivliyi artırmaqdır. Qeyd edilən mövzular ətrafında təşkil olunacaq müzakirələr və qrup daxili müsabiqələr gənclərin passivliyinin aradan qaldırılmasına kömək edəcək.

Layihə müxtəlif təhsil olacaqlarından (BDU, BSU, ADİU) olan tələbələr arasında böyük marağa səbəb olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər