VƏTƏNDAŞLAR PENSİYALARINDAN VAXTINDAN ÖNCƏ İSTİFADƏ EDƏ BİLƏCƏK ??
“İnformator.az” AzTV Xəbərə istinad edərək xəbər verir ki, son günlər özəl pensiya fondunun yaradılacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Bəs özəl pensiya fondu nədir ? Ölkəmizdə yaradıla bilərmi ?
Ölkəmizin hazırki pensiya qanunvericiliyi icbari pensiya sisteminə uyğundur. İcbari pensiya sistemində könüllülük və vərəsəlik prinsipləri yoxdur. Vətəndaşları ən çox narahat edən məsələ də pensiyalarından istədikləri kimi istifadə edə bilməməkdir. Amma bu və digər problemlərin həlli istiqamətində mühüm addım atılmaq üzrədir.
EMİL ƏLİYEV- SOSİAL SIĞORTA VƏ PENSİYA SİYASƏTİ ŞÖBƏSİNİN MÜDİR MÜAVİNİ
"Özəl pensiya fondları dövlət pensiyası təminat sistemindən kənar, müstəqil şəkildə fəaliyyət göstərən maliyyə qurumlarıdır. Bura vətəndaşlar könüllü şəkildə qoşularaq gələcəkdə pensiya yaşına çatdıqda pensiyasınan əlavə olaraq özəl pensiya fondlarının da təqdim etdiyi pensiyalardan yararlana bilirlər. Belə ki, vətəndaşlar həmin pensiya fondlarında topladıqları vəsaiti deyil, həmin vəsaitlərin gəlirlərində də əlavə pensiya əldə etmiş olurlar".
VÜQAR BAYRAMOV- MİLLİ MƏCLİSİN DEPUTATI
"Vətəndaş özəl pensiya fondu ilə müqavilə bağlayaraq ödəniş məbləğində müəyyənləşdirə bilər. Əmək müqaviləsi olmayan vətəndaşlarımız da özəl pensiya fonduna ödəniş etmək imkanına malik olacaqlar. Qanun edilən dəyişiklik profil qurumlarda müzakirə olunur. Əmək və əhalinin sosial müdafiə nazirliyindən də rəsmi açıqlamalar verildi. Gözlənilir ki, profil qurum tərəfindən qanunvericiliyə edilən dəyişiklik razılaşdırıldıqdan sonra Milli Məclisə təklif edilsin. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da gözlənilir ki, əgər özəl pensiya fonduna yığımı edən şəxs dünyasını dəyişərsə onun məhz özəl pensiya fonduna pensiya almaq üçün müəyyənləşdirlimiş müddətdə 12 il ərzində yoldaşı həmin pensiyanı ala bilsin. Həm yığımlara, həm yığımların qorunmasına xüsusi nəzarət olacaq. Onların yerləşdirilmısi ilə bağlı konkret meyarlar olacaq. Dövlət tərəfindən birmənalı şəkildə nəzarət həyata keçiriləcək".
Bu mexanizmin tətbiqi həm vətəndaşlar, həm də dövlət üçün əhəmiyyətlidir. Belə ki, dövlət üçün uzun müddətli kapital formalaşır , vətəndaş üçün isə özünün idarə edə biləcəyi əlavə pensiya kapitalı yaradılır.
AzTV xəbər (Vüqar Alışov)
https://youtu.be/YvohD_0RvFY?si=ql6IiMuPQYP3QEJq
