00:00:00
Yazar
Aişə Mustafayeva
16.02.2026 19:24 23 1 dəq oxuma
Siyasət

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" səsləndirilib

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" səsləndirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiçin adından təşkil olunan şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan xalq mahnısı "Ay Laçını" ifa edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ümumiyyətlə, Azərbaycan Prezidenti Balkan ölkələri Şərqi Avropada böyük nüfuza malikdir:

 

"Bu həm Prezident İlham Əliyevin şəxsi nüfuzu, həm də regionun enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolla bağlıdır. Bu baxımdan Azərbaycan-Serbiya münasibətləri xüsusilə diqqət çəkir. Serbiya Prezidenti Aleksandr Vuçiç hər görüşündə Prezident İlham Əliyevlə bağlı yüksək fikirlər səsləndirir və Azərbaycanla münasibətlərə nə qədər önəm verdiyini nümayiş etdirir. Vuçiçin adından təşkil olunan şam yeməyində Serbiyanın hərbi orkestrinin Azərbaycan xalq mahnısı "Ay Laçın"ı ifa etməsi də bu siyasətin tərkib hissəsidir. Münasibətlərin belə inkişafı, qarşılıqlı investisiya, ticarət, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır. Bundan sonrakı təmaslarda bu imkanların reallığa çevrildiyinin şahidi olacağıq".

 

Aişə Mustafayeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər