00:00:00
Yazar
Güllər Gülhüseynova
12.11.2026 17:05 13 1 dəq oxuma
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür

Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür.

 

"İnformator.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

O qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayında Azərbaycançılıq ideologiyasının ölkə daxilində deyil, xaricdən mövcud olan təhdidlərin, ümumiyyətlə, ideologiyanın formalaşmasında mövcud olan təhdidlərin qarşısının alınmasında nə qədər mühüm rola malik olduğunu vurğulayıb:

 

"Biz hər bir dövrün çağırışlarına uyğun adekvat olaraq öz fəaliyyət prinsiplərimizi açıq-aydın şəkildə ortaya qoymalıyıq. Azərbaycançılıq ideologiyası çərçivəsində ölkəyə, cəmiyyətə töhfə verilməsi hər bir şəxsin vətəndaşlıq borcudur".

 

V.Rəhimzadə əlavə edib ki, müharibələr həm də sərhədlərə müdaxilədən öncə ideologiya vasitəsilə başladılır:

 

"Bu ideologiya ətrafında ayıq-sayıq olmaq, onu qorumaq, Azərbaycançılıq ideologiyasına söykənərək hər zaman ehtiyatlı olmaq lazımdır".

#azərbaycançılıq #baki #xəbər #böyükdür
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər